• Səməni (İsfahan) halvası resepti

Reseptin məlumatları Baxış sayı: 5 267

Tarix : 18-02-2018, 22:30

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 qram buğda şirəsi.
500 qram un.
100 qram ərinmiş yağ.
200 qram doşab.
100 qram qoz ləpəsi.
2 q. cirə.
2 qram darçın.
1 q. raziyanə.
istiot.

Hazırlanması:
Buğdadan adi qayda üzrə səməni cücərdirsiz.
Səməninin cücərtiləri sarımtıl rəngdə olduqda, onu ətçəkən maşından keçirdirsiz.
Şirəsini tənzifdən keçirdib, üzərinə un tökərək, xəmir yoğurursuz.
100 qram buğdanın şirəsinə 500 qram un götürürsüz.
Xəmiri yağlanmış mis tiyana qoyub, zəif od üzərində 4 saata kimi aram-aram qarışdıraraq bişirirsiz.
Hər dəfə xəmiri qarışdırarkən dibinə yağ əlavə edirsiz.
Axırda qoz ləpəsi, ədviyyat və doşab vurub, yaxşıca qarışdırırsız.
Hazır halvadan yumru kökələr düzəldib, üzərinə yarıya bölünmüş qoz düzürsüz.

Nuş olsun!
Etiketlər: üzərinə, ləpəsi, doşab, bişirirsiz, əlavə, xəmiri, dibinə, qarışdıraraq, qarışdırarkən, üzərində, yağlanmış, Xəmiri, tiyana, qoyub, edirsiz, saata, ədviyyat, düzəldib, kökələr, yarıya
BİZİ İZLƏYİN