• Səməni halvası resepti

Reseptin məlumatları Baxış sayı: 3 554

Tarix : 18-02-2018, 22:45

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Buğda -400q,
1-ci sort buğda unu -2000 q,
kərə yağı – 400 q,
doşab -800 q,
qoz ləpəsi -400 q,
cirə -8 q,
istiot – 4 q,
darçın – 8 q,
rayana – 4 q.

Hazırlanması:
Buğdadan adi qayda üzrə səməni cücərdilir. Cücərtilər sarımtıl rəngdə olduqda ətçəkən maşından keçirilir, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğurulur. Xəmir yağlanmış mis tiyana qoyulur, zəif alov üzərində arabir çevirilmək şərtilə (yanmasın deyə) 4 saat ərzində bişirilir. Hər dəfə xəmiri çevirdikdə altına azacıq kərə yağı tökülür. Axırda kütləyə xırdalanmış qoz ləpəsi, ədviyyat və doşab vurulub yaxşı qarışdırılır.

Hazır halvadan yastı küftə formasında paylar düzəldilir.

Nuş olsun!
Etiketlər: doşab, ləpəsi, çevirdikdə, xəmiri, altına, azacıq, Axırda, bişirilir, tökülür, yanmasın, arabir, üzərində, çevirilmək, şərtilə, kütləyə, ərzində, ədviyyat, formasında, küftə, paylar
BİZİ İZLƏYİN