• Qarabağ kətəsi resepti

Reseptin məlumatları Baxış sayı: 2 905

Tarix : 9-06-2019, 12:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir üçün:
1,5 qaşıq quru maya
0,5 litr su
1 stəkan bitki yağı,
6 qaşıq şəkər,
2 yumurta,
1 kq un,
1 çay qaşığı duz,

iç üçün:
2 st. Un,
150 qr şəkər pudrası,
150 qr kərə yağı,
1 paket vanil,

üzəri üçün:
1 yumurta,
1 xörək qaşığı süd,
küncüt,

Hazırlanması:
Əvvəlcə içi hazırlayın.

Bunun üçün xüsusi qarışdırma maşını varsa, daha yaxşıdır, yoxdursa, ərzaqları dədə-baba üsulu ilə – əllə qarışdırın.

Bir qaba un, şəkər pudrası qoyun, onlara kub şəklində kəsilmiş yağ və vanil əlavə edib qarışdırın.

Xəmir üçün:
Unu bir qaba ələyin, duz səpin, ortasını çalalayın, şəkərlə qarışdırılmış maya tökün, yavaş-yavaş ilıq su və un əlavə edərək qarışdırın.

Qabdakı un qarışımının üzərini plastik bir qapaqla örtün və bir az saxlayın.

Maya gəldikdən sonra yoğurma mərhələsinə keçmək olar.

Başqa bir qabda şəkər, yağ və yumurtanı çalın.

Bu kütləni un qarışımına əlavə edib əvvəlcə taxta qaşıqla qarışdırın, sonra masanın üzərinə un tökün, xəmiri orada yoğurmağa davam edin.

Hazır xəmir elastik olmalı, ələ yapışmamalıdır.

Onu yenidən qaba qoyub üzərinə bitki yağı çəkin. Üstünü plastik qapaqla örtüb 1-1,5 saat müddətinə isti yerə qoyun.

Gəlmiş xəmirdən azca yağlanmış masa üzərində kündələr hazırlayın.

Hər bir kündədən 10-12 sm diametrində yuxa açın. Diqqət etmək lazımdır ki, yuxaların ortası qalın, kənarları isə incə olsun.

Yuxaların içərisinə 2 x.q. iç qoyun.

Yuxanın kənarlarını mərkəzə doğru bükün.

Ona yuvarlaq forma verib, bükülü hissəsini aşağıya doğru çevirin.

Qarabağ kətəsi xəmirinin üstünü bir neçə yerdən çəngəllə deşin ki, içərisində hava qalmasın.

Sonra kətəni oxlovla bir istiqamətdə ehtiyatla yayın. Yenə üzərini çəngəllə bir neçə yerdən deşin.
Soba sinisinə kətələri məsafəli şəkildə qoyun, dəsmalla üzərlərini örtüb 15 dəqiqə dinlənməyə buraxın.

Üstü üçün yumurtanı südlə qarışdırın.

Fırça ilə kətələrin üzərinə çəkin. Kətələrin üzərinə küncüt səpin, 250 dərəcə isidilmiş sobada 15-20 dəqiqə bişirin

Nuş olsun!
Etiketlər: qarışdırın, üzərinə, şəkər, qoyun, əlavə, xəmir, üzərini, plastik, qapaqla, dəqiqə, deşin, bitki, səpin, qaşıq, tökün, yavaş, yerdən, doğru, çəngəllə, küncüt
BİZİ İZLƏYİN