• Loran piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 377

Tarix : 4-10-2014, 23:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
50 q kərə yağı
3 yumurta
3 x.q. su
200 q un
300 q toyuq filesi
400 q təzə şampinyon
200 q təzə ispanaq
100 q baş soğan
200 ml 25%-li qaymaq
150 q pendir
1 ç.q. muskat cevizi
duz
bitki yağı (zövqə görə)
qırmızı bibər (zövqə görə)

Hazırlanması:
Kərə yağını 1 yumurta ilə qarışdırın (eynicinsli kütlə alınmaya bilər, dərd etməyin). Su, un, duz əlavə edib xəmir yoğurun. Xəmiri paketə qoyub soyuducuda 30 dəqiqə saxlayın.

İç üçün: toyuq filesini suda tam bişirin. Soyudun, xırda doğrayın, yaxud didin.

Soğan və göbələyi kubik doğrayın. Hər ikisini tavada 10 dəqiqə qovurun. Duz vurun, fileni əlavə edin. Doğranmış ispanaq qatıb daha 10 dəqiqə bişirin, soyudun.

Sous: 2 yumurtanı bir az çalın, sürtgəcdən keçirilmiş pendir, muskat cevizini qarışdırın, qaymaq və lazım gələrsə duz əlavə edib qarışdırın.

Qırmızı bibər də istifadə edə bilərsiniz. 2 qırmızı bibəri təmizləyib nazik yarımhalqa doğrayın.

Formanı yağlayın, xəmiri döşəyib kənarlarını qaldırın. İçi bərabər yayıb üzərinə sous gəzdirin.

180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
Loran piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dəqiqə, qarışdırın, doğrayın, əlavə, bişirin, zövqə, bibər, muskat, qırmızı, ispanaq, pendir, qaymaq, toyuq, yumurta, gələrsə, bilərsiniz, Qırmızı, qatıb, Doğranmış, istifadə
BİZİ İZLƏYİN