• Alu-patra resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 410

Tarix : 5-10-2014, 18:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

200 q un
0,5 ç.q. duz
2 x.q. bitki yağı
100 ml isti su
0,5 ç.q. sarıkök
istiot

İç üçün:
5 kartof
2 x.q. kokos yonqarı
2 x.q. günəbaxan tumu və ya küncüt
0,5 dəstə cəfəri
1 ç.q. şəkər tozu
1 ç.q. karri
0,5 ç.q. keşniş toxumu
2 x.q. bitki yağı
duz
qara və qırmızı istiot

Hazırlanması:
Kartofu təmizləyin, duzlu suda hazır olanadək bişirin. Suyunu süzün, kartofu əzin. 2 x.q. bitki yağı, kokos yonqarı, küncüt toxumu (və ya günəbaxan tumu), xırda doğranmış cəfəri, şəkər tozu, keşniş toxumu, karri, duz, qırmızı və qara istiot vurub qarışdırın.
Alu-patra resepti - FOTO RESEPT


Unu duz, istiot və sarıköklə qarışdırın. Ortasında çala açın, bitki yağı və isti su əlavə edib elastik xəmir yoğurun.
Alu-patra resepti - FOTO RESEPT


15-20 dəqiqə saxlayın, sonra 3 mm qalınlıqda yayın.
Alu-patra resepti - FOTO RESEPT


Üstünə kartoflu içi bərabər qaydada yayın.
Alu-patra resepti - FOTO RESEPT


Rulet kimi bükün, qıraqlarını bərkidin.
Alu-patra resepti - FOTO RESEPT


Ruletləri 1 sm qalınlıqda yayın.
Alu-patra resepti - FOTO RESEPT


Bunları bitki yağında hər iki üzünü 3-4 dəqiqə olmaqla, qızarıncayadək bişirin.
Alu-patra resepti - FOTO RESEPT

Alu-patra resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: bitki, istiot, toxumu, yayın, keşniş, karri, qarışdırın, şəkər, bişirin, qırmızı, cəfəri, kokos, dəqiqə, günəbaxan, yonqarı, küncüt, qalınlıqda, bərabər, qaydada, kartoflu
BİZİ İZLƏYİN