• Xaş-xaşlı və cevizli çörək resepti

Reseptin məlumatları Baxış sayı: 14 240

Tarix : 28-02-2016, 16:00

Bölmə : Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2-3 x.q. xaş-xaş əzməsi
1 st. bitki yağı
1 st. qoz ləpəsi
1 kq çörək xəmiri

Hazırlanması:
Sobanı 130 dərəcəyədək qızdırın.

Xaş-xaş əzməsini 1 st. bitki yağı ilə qarışdırın. Bu əzmə ayrıca satılır. Ancaq evdə də hazırlamaq olar: xaş-xaşı teflon tavada yağsız qovurun, sonra isə mətbəx robotunda yağı çıxana qədər üyüdün.

Xəmiri dörd yerə bölün.

Çörək taxtasının üstünə azca bitki yağı tökün. Xəmiri üzərinə qoyun, əlinizlə 5 mm qalınlığına gələnədək dördbucaqlı şəkildə yayın.

Üzərinə xaş-xaşlı qarışıq çəkin, qoz ləpəsi səpin.

Uzun tərəfindən başlayaraq rulet kimi bükün.

İki barmaq enində kəsin və dikinə dərin siniyə qıraqlardan başlayaraq düzün.

Sini tam dolandan sonra qalan xaş-xaşlı qarışığı əlinizlə üzərinə çəkin (qalmayıbsa, əlavə hazırlaya bilərsiniz).

130 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə saxlayın. Şişəcək. Sonra temperaturu 180 dərəcəyə qaldırın və üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: bitki, üzərinə, Xəmiri, əlinizlə, başlayaraq, xaşlı, çəkin, sonra, ləpəsi, dikinə, kəsin, qızaranadək, dərin, enində, qıraqlardan, siniyə, üzəri, bişirin, səpin, olsun
BİZİ İZLƏYİN