• Xiyar və pendirli çörək resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 191

Tarix : 8-10-2014, 15:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q xiyar
1 ç.q. aktiv maya
1 ç.q. şəkər tozu
0,5 ç.q. duz
100 q bərk pendir
450-500 q un
125 ml su
2 budaq təzə şüyüd
bitki yağı (üzərinə çəkməyə)

Hazırlanması:
Suyu azca qızdırın, mayanı, şəkər tozunu və azca un əlavə edin. Gəlməsi üçün isti yerə qoyun.
Xiyar və pendirli çörək resepti - FOTO RESEPT


Xiyarları yuyun, tərtəmiz qurulayın. Sürtgəcdən keçirin, azca duz vurun. Əgər qabığı çox qalındırsa, yaxşı olar ki, onu soyasınız. Barata gələndə xiyarı sıxıb şirəsini atın. Şüyüdü xırda doğrayın.
Xiyar və pendirli çörək resepti - FOTO RESEPT


Barataya şüyüdü, xiyarı və sürtgəcdən keçirilmiş pendiri əlavə edin. Əgər çörəkdə pendirin hiss olunmasını istəyirsinizsə, o zaman onu bıçaqla doğrayın, sürtgəcdən keçirməyin. Az-az un qatın, xəmir yoğurun. Xəmir elastik, ələ yapışmayan olmalıdır. Onu bir neçə yerə bölün, kündələyin.

Formanı yağlayın, kündələri formanın içinə yanaşı düzün. Üstünə qida plyonkası çəkib gəlməsini gözləyin. Həcmi təxminən 2 dəfə artanda üstünə bitki yağı çəkin.
Xiyar və pendirli çörək resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada 1 saat bişirin.
Xiyar və pendirli çörək resepti - FOTO RESEPT

Xiyar və pendirli çörək resepti - FOTO RESEPT

Xiyar və pendirli çörək resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: doğrayın, bitki, sürtgəcdən, şəkər, əlavə, xiyarı, olmalıdır, yapışmayan, bölün, yağlayın, Formanı, kündələyin, elastik, xəmir, bıçaqla, zaman, istəyirsinizsə, keçirməyin, qatın, yoğurun
BİZİ İZLƏYİN