• Baursak resepti

Reseptin məlumatları Baxış sayı: 16 008

Tarix : 9-10-2014, 19:00

Bölmə : Xəmir işləri

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 q un
10 q quru maya
1 st. süd
1 st. su
50 ml bitki yağı
1 ç.q. duz
1 ç.q. şəkər tozu
qızartmaq üçün bitki yağı

Hazırlanması:
Bir ləyənə unu ələyin, quru maya, duz, şəkər tozu və bitki yağını, isti süd və su əlavə edib xəmir yoğurun.

Kündələyib ləyənə qoyun, üstünə dəsmal örtün, bir saat isti yerdə saxlayın. Sonra bir dəfə ətləyin, yenə saxlayın.

Xəmiri yayın. Stəkanın köməyilə dairələr kəsin. Şişməsi üçün 20 dəqiqə saxlayın.

İçinə çoxlu bitki yağı tökülmüş tavada qızılı rəng alanadək qızardın. Kağız salfetin üstünə düzün ki, artıq yağını çəksin.

Süfrəyə cem, pavidla, qaymaq, pendirlə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bitki, saxlayın, üstünə, ləyənə, yağını, şəkər, alanadək, qızardın, dəqiqə, qızılı, tavada, çoxlu, Kağız, tökülmüş, İçinə, artıq, qaymaq, pendirlə, bilərsiniz, olsun
BİZİ İZLƏYİN