• Yumşacıq Osetiya çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 2 735

Tarix : 10-11-2020, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 su stəkanı ilıq süd.
1 şirniyyat qaşığı quru maya,
1 yemək qaşığı toz şəkər,
1/2 su stəkanı duru yağ,
600 qram un,
1 şirniyyat qaşığı duz.

İçi üçün:
3 ədəd bişmiş kartof,
1,5 su stəkanı rəndələnmiş holland pendiri,
1 çay qaşığı duz

Üzəri üçün:
1 yemək qaşığı kərə yağı,

Hazırlanması:
Bişirib soyduğunuz kartofları rəndələyin və ya əzin.
Üzərinə rəndələnmiş holland pendiri və duzu əlavə edib qarışdırın.
Hazır içi bir kənarda gözlədin.
Geniş bir qarışdırma kasasında ilıq süd və quru mayanı qarışdırın.
Üzərinə toz şəkər və duru yağ əlavə edib yenidən qarışdırın.
Un və duzu da əlavə edib yumşaq bir xəmir əldə edənə qədər yoğurun.
Hazırladığınız xəmirin üzərinə streç film çəkərək otaq temperaturunda 1 saat mayalandırın.
Mayalanmış olan xəmiri 3 parçaya bölün.
Xəmiri əllə açacağınız üçün, xəmirin yapışmaması üçün əllərinizi yağlayın.
Dəzgaha aldığınız xəmiri dairə şəklində, yemək tabağı böyüklüyündə əlinizlə açın.
Hazırlamış olduğunuz içi də 3 hissəyə bölün və hazırladığınız xəmirin orta hissəsinə əlave edin.
Xəmiri kənarlardan toparlayıb ortada birləşdirin.
Xəmiri tərs çevirib yenə əvvəl açdığınız kimi əllərinizi yağlayıb açın.
Hazırladığınız çörəyi bişirmə kağızı sərili soba sinisinə qoyun.
Xəmirin orta hissəsini bıçaq yardımıyla kiçicik açın.
Əvvəlcədən 220 dərəcə qızdırdığınız sobada 12 dəqiqədə nəzarət edərək bişirin.
Bişən çörəyi sobadan çıxartdıqdan sonra üzərini kərə yağıyla yağlayın.

Nuş olsun!
Etiketlər: qaşığı, qarışdırın, yemək, əlavə, stəkanı, Xəmiri, xəmirin, Üzərinə, yağlayın, çörəyi, xəmiri, Hazırladığınız, bölün, əllərinizi, rəndələnmiş, şirniyyat, holland, şəkər, pendiri, yağlayıb
BİZİ İZLƏYİN