• Pendirli və göbələkli pti-fur resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 208

Tarix : 13-10-2014, 12:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1/2 marqarin
3 x.q. xama
1 çimdik soda
2 st. un

Göbələkli iç üçün:
4 ədəd əridilmiş pendir (holland)
4 yumurta (çiy)
2 baş soğan
500 q göbələk
1 kubik göbələk bulyonu
bitki yağı (qızartmaq üçün)
üstünə - 1 yumurtanın sarısı

Bəzək üçün:
mayonez
bərk pendir

Pendirli iç üçün:
4 əridilmiş pendir
4 çiy yumurta
4 baş soğan
bitki yağı (qızartmaq üçün)
üstünə 1 yumurtanın sarısı

Bəzək üçün:
mayonez
bərk pendir

Hazırlanması:
Xəmir:
Sodanı xamada söndürün, marqarini sürtgəcdən keçirib qalan ərzaqlarla qarışdırın. Unu tədricən əlavə edib yumşaq xəmir yoğurun. Ən azı 2 saat dondurucuda saxlayın (bir gün əvvəldən də hazırlaya bilərsiniz).

İç:
soğanı kubik doğrayın, qovurun. Göbələyi xırda doğrayıb başqa tavada içinə göbələk bulyonu kubiki əlavə etməklə qovurun. Göbələk, soğan, sürtgəcin iri gözündən keçirilmiş pendir və yumurtaları qarışdırın.

Xəmiri iki yerə bölün. Nazik yayın. Birinin üstünə perimetri boyu yer saxlamaqla iç qoyun. İkinci lavaşı üstünə çəkin, qıraqlarını bərkidin. Piroqun üstünə bir yumurtanın sarısını çəkin.

180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin. Bişən zaman üstündə çəngəllə deşiklər açın.

Soyudun. Kənarlarını kəsin. Piroqu paylara bölün. Hər payın üstünə mayonez çəkib sürtgəcin xırda gözündən keçirilmiş pendir səpin. üstünü rəngli bolqar bibəri və ya cəfəri ilə də bəzəyə bilərsiniz.
Pendirli və göbələkli pti-fur resepti - FOTO RESEPT

Pendirli və göbələkli pti-fur resepti - FOTO RESEPT

Pendirli və göbələkli pti-fur resepti - FOTO RESEPT

Pendirli və göbələkli pti-fur resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: pendir, üstünə, yumurtanın, soğan, göbələk, mayonez, keçirilmiş, sarısı, gözündən, çəkin, qovurun, bilərsiniz, əlavə, xırda, qarışdırın, sürtgəcin, Bəzək, yumurta, əridilmiş, bölün
BİZİ İZLƏYİN