• Timsah piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 17 856

Tarix : 16-10-2014, 23:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

250 ml süd
50 q kərə yağı
1 ç.q. şəkər tozu
1/2 ç.q. duz
1 x.q. quru maya
1 yumurta
3 st. un

İç üçün:
500 q qiymə
1 soğan

Hazırlanması:
İsti süddə 1 ç.q. şəkər tozunu və 1 x.q. quru mayanı əridin. 15 dəqiqə saxlayın. Şişəndən sonra buna yağ, yumurta, duz vurub qarışdırın. Tədricən un əlavə edərək xəmir yoğurun.
Üstünə qida plyonkası çəkib isti yerə qoyun.
Xəmir gələnədək içi hazırlayın. İçi öz zövqünüzə görə dəyişə bilərsiniz (kələm, balıq, toyuq əti, pendirlə göyərti, cem və s.).

Soğanı xırda doğrayıb 1 qaşıq bitki yağında qovurun. Bunu ətlə birlikdə iki dəfə ət maşınından keçirin. 2 x.q. ərinmiş kərə yağı, duz, istiot əlavə edin.

Xəmiri təxminən 1 sm qalınlıqda yayın. Uzun düzbucaqlı şəklində kəsin (artıqları bir kənara qoyun, lazım olacaq). Gözəyarı xəmiri üç yerə bölün. Ortasına iç qoyun. Hər iki yanındakı hissədə uclardan başlayaraq 2 sm enində əyri kəsiklər edin. Bunları hörük kimi üst-üstə qatlayın (için üstü örtülməlidir). Sonra baş tərəfində xəmiri yastılayıb dartaraq "timsah"ın "sifət"ini, uc tərəfində isə yenə də kənarlarını şəridlərə bölüb sıx hörərək "quyruğunu" düzəldin (nə "baş", nə də "quyruq" tərəfə iç qoyulmur). Artıq qalan xəmirlərdən "timsah"a qaş-göz və əl-ayaq düzəldin. Gözünün yerinə kişmiş, yaxud zeytun basa bilərsiniz.

"Timsah"ın "dəri"sini düzəltmək üçünsə qayçının köməyilə onün üstündə kəsiklər etmək lazımdır. Bu qayda ilə ona "dişlər" də düzəldin.

"Timsah"ı siniyə qoyun, üzərinə çalınmış yumurta çəkin və sobada təxminən 1 saat bişirin (150-200 dərəcədə).

Nuş olsun!
Etiketlər: qoyun, düzəldin, yumurta, timsah, Timsah, təxminən, xəmiri, kəsiklər, əlavə, tərəfində, bilərsiniz, şəkər, Xəmir, bişirin, dartaraq, yastılayıb, dərəcədə, sifət, kənarlarını, quyruğunu
BİZİ İZLƏYİN