• Belyaşi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 593

Tarix : 20-10-2014, 14:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (14 ədəd):
Xəmir üçün:

375 ml süd
30 q yaş, yaxud 10 q quru maya
600-650 q un (az və ya çox tələb oluna bilər)
1 x.q. şəkər tozu
1 ç.q. duz
60 q kərə yağı

İç üçün:
600 q qiymə
1 iri soğan
duz və istiot (istəyə görə)
Belyaşi resepti - FOTO RESEPT


Hazırlanması:
Xəmir üçün mayanı şəkər tozu ilə birlikdə isti süddə (qaynar olmaz!) əridin. Azca un əlavə edib qarışdırın (qatı xama kimi). Baratanı isti yerə qoyun ki, şişsin.
Belyaşi resepti - FOTO RESEPT


Barata şişəndən sonra əridilmiş (amma qaynar olmayan) kərə yağını və duz əlavə edin. Tədricən un əlavə edib yumşaq xəmir yoğurun.
Belyaşi resepti - FOTO RESEPT


Xəmiri yağlanmış ləyənə qoyub üstünü örtün, isti yerdə 1-1,5 saat saxlayın. Bu müddətdə xəmirin həcmi iki dəfə artacaq.

Xəmir gələnə qədər içi hazırlayın. Soğanı xırda doğrayıb, duz, istiotla birlikdə qiymə ilə qarışdırın.
Belyaşi resepti - FOTO RESEPT


Gəlmiş xəmirdən mandarin boyda kündələr düzəldib un səpilmiş, yaxud yağlanmış lövhənin üstündə 0,3-0,5 sm qalınlıqda yayın. Hər kündənin ortasına iç qoyun. Qıraqlarını ortaya doğru yığın, amma orta hissəsini açıq saxlayın.
Belyaşi resepti - FOTO RESEPT

Belyaşi resepti - FOTO RESEPT


Tavanı orta ocağın üstünə qoyun (əgər xüsusi termometr varsa, 170 dərəcədə). Yağı tavada qızdırın. Belyaşiləri üzü (dəliyi) aşağı olmaqla qızardın. Yaxşı qızarandan sonra o biri üzünə çevirib, ocağı azaldın, yenə qızardın.
Belyaşi resepti - FOTO RESEPT

Belyaşi resepti - FOTO RESEPT


Süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: Belyaşları, əlavə, qoyun, Xəmir, qızardın, qaynar, qarışdırın, yağlanmış, birlikdə, saxlayın, sonra, şəkər, qiymə, yaxud, ortaya, ortasına, Qıraqlarını, doğru, Tavanı, olsun, hissəsini
BİZİ İZLƏYİN