• Assorti bulkaları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 880

Tarix : 20-10-2014, 21:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (12 ədəd üçün):
450 q un
45 q kərə yağı
3 x.q. şəkər tozu
225 ml süd
15 q yaş maya (yaxud 7 q quru maya)
1 ç.q. duz
xaş-xaş (üzərinə səpmək üçün)
Assorti bulkaları resepti - FOTO RESEPT


Hazırlanması:
İsti süddə şəkər tozu və mayanı əridin. Bir qədər saxlayın. Unu iri ləyənə ələyin, duz vurun. Mayalı südü və əridilmiş kərə yağını (çox isti olmasın) əlavə edin. Yumşaq xəmir yoğurun, lazım gələrsə, bir qədər də un əlavə edə bilərsiniz. Xəmir olan ləyənin ağzına qida plyonkası çəkib 30-40 dəqiqə saxlayın. Həcmi iki dəfə artacaq.
Assorti bulkaları resepti - FOTO RESEPT


Xəmiri kündələyib 12 hissəyə bölün. Bunlardan 3 cür (hərəsi 4 ədəd olmaqla) bulka hazırlanacaq.
Assorti bulkaları resepti - FOTO RESEPT


Birincisi - spirallar. Kündədən 30 sm uzunluqda borucuq düzəldib onu spiral kimi bükün.
Assorti bulkaları resepti - FOTO RESEPT


İkincisi - düyün. Kündədən 20 sm uzunluqda borucuq düzəldib onu düyün kimi bağlayın.
Assorti bulkaları resepti - FOTO RESEPT


Üçüncüsü - xaş-xaşlı bulkalar. Yumru kündələrin bir tərəfini (üstünü) çalınmış yumurtaya, sonra isə xaş-xaşa batırın. Sonra iti bıçaqla üzərini dörd bölün.
Assorti bulkaları resepti - FOTO RESEPT

Assorti bulkaları resepti - FOTO RESEPT

Assorti bulkaları resepti - FOTO RESEPT


Spiral bulkaların üzərinə yumurta çəkib şəkər tozu, düyünlərin üzərinə yumurta çəkib un səpin.

Siniyə düzüb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Assorti bulkaları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, çəkib, şəkər, yumurta, düyün, əlavə, Kündədən, saxlayın, dəqiqə, bölün, düzəldib, qədər, borucuq, uzunluqda, tərəfini, Yumru, kündələrin, spiral, bulkalar, üstünü
BİZİ İZLƏYİN