• İrəvan kətəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 359 980

Tarix : 28-10-2014, 21:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

3 yumurta
300 q kərə yağı
200 q xama
1 ç.q. soda
3 st. un

İç üçün:
200 q yağ
1,5 st. şəkər tozu
1 st. un
vanil
hil (istəyə görə)

Arası üçün:
100 q kərə yağı

Üstü üçün:
1 yumurta

Hazırlanması:
Xəmir üçün olan ərzaqları qarışdıraraq xəmir yoğurun. 10-15 dəqiqə saxlayın.

İç hazırlamaq üçün: çörək taxtasının üzərinə unu, şəkər tozunu, ədviyyatları səpin, üzərinə kərə yağını qoyub bıçaqla döyməyə başlayın. 5-10 dəqiqəyə axıcı quma bənzər qarışıq alınacaq.
İrəvan kətəsi resepti - FOTO RESEPT


Xəmirdən üç kündə tutub sellofana qoyun. Birini 60-70 sm enində, 3-4 mm qalınlığında yayın. Yağı əridib üzərinə çəkin. Üzərinə bərabər qaydada iç səpin.
İrəvan kətəsi resepti - FOTO RESEPT


Oxlovu lavaşın bir başından qoyub lavaşı ehtiyatla bükün, sonra elə çıxardın ki, «rulet» dağılıb, içi çölə tökülməsin. Əlinizlə qaydaya salın. Ruletin kənarlarından tutb azca dartın. Ya da oxlovla yüngülcə üstündən yastılayın. Naxışlı, ya da adi bıçaqla 4-5 sm enində doğrayın.
İrəvan kətəsi resepti - FOTO RESEPT

İrəvan kətəsi resepti - FOTO RESEPT


Üzərinə yumurta çəkin. İstəsəniz, ortasına kişmiş, yaxud fındıq da basa bilərsiniz.
İrəvan kətəsi resepti - FOTO RESEPT


200 dərəcə qızdırılmış sobada bişirin.
İrəvan kətəsi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: üzərinə, yumurta, qoyub, enində, səpin, çəkin, bıçaqla, şəkər, Xəmir, Üzərinə, Əlinizlə, qaydaya, Ruletin, salın, tökülməsin, sonra, lavaşı, başından, lavaşın, ehtiyatla
BİZİ İZLƏYİN