• Şəkərbura resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 268186

Tarix : 12.03.2018, 16:30

Bölmə : Xəmir işləri, Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

2 kq un
1 ç.q. şəkər tozu
1 l süd
4 yumurtanın sarısı
70-100 q xama
400 q kərə yağı
2 ç.q. maya (1 kq-a 1 ç.q.)
2 paçka vanil
1 çimdik duz

İç üçün:
1 kq təmizlənib qozçəkəndən keçirilmiş badam (qoz, fındıq)
1 kq şəkər tozu
vanil
hil

Hazırlanması:
Öncə badamı təmizləmək lazımdır. Qaynar suya badamları hissə-hissə töküb ocağın üstə qoyun, 3-4 dəqiqəyə qabığı asanlıqla çıxacaq, kəfkirlə çıxarıb təmizləyin. Sonra təmiz dəsmalın üstünə yığın, suyu çəkilsin. Yaxşı olar ki, badam (qoz, fındıq) bir neçə gün əvvəl təmizlənib qurudulsun. Sobada da qurutmaq olar.
Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT


Badamı qozçəkən maşından keçirib şəkər tozu, vanil, hil vurun, qarışdırın.
Şəkərbura resepti - FOTO RESEPT


Xəmir: unu ələyin, vanil və duz əlavə edin. Təxminən 1-1,5 st. südü xəmiri ətləmək üçün saxlayın. Qalanını azca isidin, içinə maya və şəkər tozu əlavə edin.

Unu təpələyib ortasında çala açın, 4 yumurtanın sarısını içinə qırın, azca əridilmiş yağı, xamanı, südlə mayanın qarışığını da əlavə edib yoğurmağa başlayın. Şəkərbura xəmiri azca bərk olmalıdır, uzun müddət yoğurmaq lazım gələcək. Arada əlinizi ayırdığınız südə batırıb xəmiri ətləyin.
Şəkərbura resepti - FOTO RESEPT


Xəmiri yarım saat saxlayın.

3-3,5 sm diametrli kündələr tutun (25-30 ədəd), sellofan torbaya yanaşı yığın. Kündələməyi bitirdikdən sonra bunları yayıb üst-üstə, yenə də sellofan torbanın içinə yığın. Xəmir artıq qalıbsa, soyuducuya qoyun.
Şəkərbura resepti - FOTO RESEPT


Hər şəkərbura üçün bir x.q. iç kifayət edər. Şəkərburaların qırağını büküb üstünü naxışlayandan sonra soyuq siniyə düzün. Üzərini nazik təmiz iynə ilə bir neçə yerdən deşə bilərsiniz, o zaman şəkərburaların kənarları açılmır.
Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT


160-180 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə bişirin. Diqqət edin ki, üstü qızarmasın. Həm də çiy qalmasın.
Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: damlasından, şəkər, vanil, içinə, xəmiri, yığın, Xəmir, əlavə, qoyun, sellofan, təmiz, sonra, saxlayın, hissə, fındıq, təmizlənib, badam, yumurtanın, Kündələməyi, yanaşı, gələcək
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
kar tanesi
Biz de şekerbura pişirnişik ve çox dadlı alınıb.Teşekkürler 20
18 mart 2015 18:06
6
Bu saytın RƏHBƏRLİYİNƏ və ADMİNLƏRİNƏ öz minnətdarlığımı bildirirəm.08
Offline
Shaffa
Axşamınız xeyirli olsun.Əllərinizə zəhmətinizə saglıq.Mən də gözəl şəkərbura bişirirəm.Həm gözəl dadı olur həm də görünüşü gözəl olur.Yaxınlarım bəh bəh deyir.Allah bu bayramda hamının süfrəsini ruzili bərəkətli etsin.
13 mart 2015 18:20
5
Offline
shehnez
2 kw una yarim kq yaq vururam
12 mart 2015 15:18
4
Offline
yegane
bu naxiw da gozeldi /mende gozel naxiw vururam/
10 mart 2015 22:42
3
Offline
Roya
goreyde bayramda ne edirem
9 mart 2015 12:41
2
HƏR YERƏ SƏNİ YAZARAM...AMMA ÖLSƏMDƏ SƏNƏ YAZMARAM!!!!
Offline
Cemile
Insallah mende sekerbura alinar
7 mart 2015 21:36
1
BİZİ İZLƏYİN




Yandex.Metrica