• Zeytunla pendirlə ev kruassanı resepti

Reseptin məlumatları Baxış sayı: 15 982

Tarix : 4-11-2014, 11:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : Yox

Şef / Mənbə : Oktay Aymelek ( Oktay usta)


Tərkibi:
4,5 stəkan un
Yarım paket yaş maya
Yarım çay stəkanı sirkə
Yarım çay stəkanı bitki yağı
1 çay stəkanı sulu qatıq
1 yumurta
Duz
Su

İç üçün:
1 qaynadılmış kartof
1 kasa qara zeytun
100 q. ağ pendir
50 q. brınza pendiri

Hazırlanması:
Unu qarışdırma qabına qoyub ortasını açırıq.
Yaş maya, sirkə, bitki yağı, sulu qatıq və yumurtanı ortasına qoyuruq.
Duzu unun üzərinə səpirik.
Əvvəlcə mayeləri qarışdırıb mayanı həll edirik.
Biraz su əlavə edirik.
Unu qataraq qulaq mərcəyi (tanası) yumşaqlığı kimi bir xəmir yoğururuq.
Acılanması üçün bir qırağa qoyuruq.
İçinin doldurulması üçün ağ pendir, brınza pendirini və qaynadılmış kartofu qarışdırma qabına sürtkəcdən keçiririk.
Qara zeytunun dənələrini çıxardıb dilimləyirik. İçinin doldurulmasına əlavə edib qarışdırırıq.
Xəmirimiz acıdıqdan sonra yumurta böyüklüyündə parçalar qopardırıq.
Hər bir parçanı unlayaraq oxlovla, geniş boşqab böyüklüyündə açırıq.
Açdığımız parçaların üzərinə əridilmiş kərə yağından çəkirik.
Hamısını yağladıqdan sonra üst- üstə qoyuruq.
Ən üstdəki xəmiri yağlamırıq, bir müddət yağını çəkməsi üçün saxlayırıq.
Saxlanılan xəmiri oxlovla mümkün qədər geniş açırıq və üçbucaq şəklində kəsirik.
Xəmirlərin geniş tərəfinin tam ortasından bıçaqla qısa bir kəsik açırıq.
Kəsilən xəmirlərin geniş hissələrinə içliyimizdən qoyuruq.
Rulon şəklində bükürük.
İki ucunu içəriyə doğru bükürük.
Yağlanmış soba boşqabına düzürük.
Bir müddət boşqabda acıdırıq.
Üzərilərinə yumurta sarısı çəkirik.
Əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada bişiririk.

Nuş olsun!
Etiketlər: geniş, qoyuruq, stəkanı, yumurta, Yarım, edirik, bükürük, üzərinə, çəkirik, İçinin, müddət, xəmiri, böyüklüyündə, sonra, oxlovla, şəklində, əlavə, bitki, qatıq
BİZİ İZLƏYİN