Tərkibi:
Xəmir üçün:3 st. un
1,5 st. su
20 q yaş maya
2 x.q. şəkər tozu
duz
İç üçün:100 q kərə yağı
darçın, hil, zəncəfil - hərəsindən 1/4 ç.q.
vanil
2 x.q. şəkər pudrası
Hazırlanması:İlıq suda şəkər tozu, duz və mayanı əridin. Un əlavə edib xəmir yoğurun. Üzərini dəsmalla örtüb isti yerə qoyun, 1,5-2 saat gəlməsini gözləyin.
İç üçün yağı ədviyyatlarla çalın, bir neçə damcı suda vanili həll edib buraya qatın.
Xəmiri 100 qramlıq kündələrə bölün. 0,5 sm qalınlıqda yayın. Yuxaları ədviyyatlı yağla yağlayın, 5-6 lavaşı üst-üstə yığıb dördkünc kəsin. Hər dördbucaqlını rulet kimi bükün, sonra onu şaquli tutaraq üstündən basıb, diametri 10-15, qalınlığı 1,5-2 sm olanadək yastılayın.
Yağsız tavada bişirin. Süfrəyə verərkən üzərinə şəkər pudrası səpin.
Nuş olsun!
Etiketlər: şəkər, pudrası, dördbucaqlını, kəsin, rulet, bükün, şaquli, sonra, dördkünc, yığıb, yağla, ədviyyatlı, yağlayın, lavaşı, tutaraq, Yuxaları, basıb, Süfrəyə, bişirin, verərkən