• Samsa resepti

Reseptin məlumatları Baxış sayı: 45 152

Tarix : 18-11-2014, 11:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq hazır yağlı xəmir
1 yumurta
1 x.q. bitki yağı
0,5 kq qoyun əti
2 soğan
duz
istiot

Hazırlanması:
Qoyun ətini maşından keçirin. Soğanı xırda doğrayıb qiyməyə əlavə edin. Duz, istiot, 50 ml qaynanmış soyuq su vurun, qarışdırın.

Hazır yağlı xəmiri 10x10 sm ölçüdə kəsin və 0,5 sm qalınlıqda (təxminən 15x15 sm) yayın. Hər kvadratın içinə iç qoyub diaqonal üzrə qatlayın, qıraqlarını bitişdirin.

Sinini bitki yağıyla yağlayın, samsaları içinə düzün, üzünə yumurta çəkin, 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə qızaranadək bişirin.

Qeyd: yağlı xəmiri özünüz də hazırlaya bilərsiniz. Ən asan üsul - un, duz, maya və sudan adi xəmir yoğurun. Yarım saat isti yerdə saxlayıb yayın. Kərə yağını (marqarını) bıçaqla kəsib yarısına çəkin. İkiyə qatlayın. Sonra bu "ayparanın" da yarısına kərə yağı kəsib qoyun. Qalan yarısını üstünə qatlayıb sellofana bükərək soyuducuya qoyun. Hər yarım saatdan-bir çıxarıb yayın, birinci dəfə yayanda arasına yenə yağ çəkin. Sonra isə sadəcə yayıb yenə qatlayın. 3-4 saata xəmir hazır olur.

Nuş olsun!
Etiketlər: çəkin, yayın, xəmir, yağlı, qatlayın, qoyun, yarısına, içinə, xəmiri, istiot, hazır, kəsib, yumurta, bitki, Sonra, yağını, marqarını, bıçaqla, bilərsiniz, özünüz
BİZİ İZLƏYİN