• Pendirli boğça resepti

Reseptin məlumatları Baxış sayı: 15 954

Tarix : 18-11-2014, 19:00

Bölmə : Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. qatıq
125 q marqarin
0,5 st. bitki yağı
2 yumurta
1 ç.q. soda və ya 1 paket qabartma tozu
1ç.q.-dan az duz
un

İç üçün:
pendir (çox yağlı olmasın)
cəfəri (və ya başqa göyərti)

Hazırlanması:
Marqarini əridib soyudun. Undan başqa digər ərzaqların hamısını qatıb qarışdırın. Yumşaq xəmir eldə edənəcən un əlavə edib yoğurun. Sonra xırda kündələr tutub yayın. İçinə göyərtiylə qarışdırılmış əzilmiş pendir qoyub, kənarlarını birləşdirin. Üzərinə yumurtanın sarısını çəkin. Qara çörəkotu və ya küncüt səpib 200 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.

Nuş olsun!
Etiketlər: başqa, pendir, xırda, qoyub, kənarlarını, birləşdirin, Üzərinə, əzilmiş, qarışdırılmış, yayın, tutub, İçinə, göyərtiylə, yumurtanın, kündələr, çəkin, qızarana, sobada, qədər, bişirin
BİZİ İZLƏYİN