• Özbək mətbəxindən Xanuma resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 36 977

Tarix : 23-12-2014, 16:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

500 q un
1 st. soyuq su
1 ç. q. duz

İç üçün:
500 q çəkilmiş qoyun, yaxud mal əti
100 q qoyun quyruğu
1-2 kartof
150 q bitki yağı
300 q baş soğan
30 q su
2 çimdik zirə
qara və qırmızı istiot
duz

Hazırlanması:
Unu ələyib soyuq, duzlu suyla xəmir yoğurun. O, bərk, eyni zamanda da elastik olmalıdır.
Soğanı xırda doğrayın. Kartofu, qoyun quyruğunu xırda kubiklər şəklində doğrayın. Soğan, kartof, quyruq, qara, qırmızı istiotu qarışdırın. Xırda doğranmış pomidor da əlavə etmək olar. 3 x.q. su əlavə edib qarışdırın (Ət əvəzinə balqabaqdan da istifadə edə bilərsiniz. Bu zaman quyruğu bir az artıq götürün).

Xəmiri iki yerə bölüb yayın. Nə qədər nazik olsa, bir elə yaxşıdır. Mantı qabını yaxşıca yağlayın. Yaydığınız yuxanı bitki yağı ilə yağlayın. Hazırladığınız için yarısını yuxanın üzərinə yayıb rulet şəklində bükün. İkinci yuxanı da eynilə bükün.

Mantı qazanının yarısından azca aşağıyadək qaynar su tökün. Üzərinə xanumanı yerləşdirdiyiniz qazanın ikinci hissəsini qazana qoyun. Xanumanın üzərini yağlayıb, azca su çiləyib qazanın qapağını bağlayın. 50 dəqiqə bişirin.

Hazır xanumanı doğrayın. Süfrəyə qatıqla, göyərti və tərəvəzlə birlikdə verə bilərsiniz.

Nuş olsun!

Özbək mətbəxindən Xanuma resepti - FOTO RESEPT

Özbək mətbəxindən Xanuma resepti - FOTO RESEPT

Özbək mətbəxindən Xanuma resepti - FOTO RESEPT

Özbək mətbəxindən Xanuma resepti - FOTO RESEPT

Özbək mətbəxindən Xanuma resepti - FOTO RESEPT

Özbək mətbəxindən Xanuma resepti - FOTO RESEPT

Özbək mətbəxindən Xanuma resepti - FOTO RESEPT

Etiketlər: qoyun, doğrayın, qarışdırın, qazanın, şəklində, bükün, bilərsiniz, əlavə, qırmızı, xırda, xanumanı, soyuq, quyruğu, kartof, bitki, yağlayın, yuxanı, Mantı, aşağıyadək, qaynar
BİZİ İZLƏYİN