• Pendir piroqu resepti- FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 377

Tarix : 20-11-2014, 17:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

2 st. un
250 ml qatıq
50 q kərə yağı
5-7 q quru maya
duz

İç üçün:
250 q pendir (200 q bərk pendir, 50 q feta)
göyərti
150 q xama
duz (istəyə görə)
kərə yağı (piroqu yağlamaq üçün)
Pendir piroqu resepti- FOTO RESEPT


Hazırlanması:
Unu maya və duzla qarışdırın. Qatıq, yumşaldılmış yağ əlavə edərək yumşaq xəmir yoğurun. İsti yerə qoyub gəlməsini gözləyin.
Pendiri sürtgəcdən keçirin. Göyərtini doğrayıb pendirlə qarışdırın. Xama, duz (gərəkdirsə) əlavə edin.
Xəmiri 2 sm qalınlıqda yayın. İçi üzərinə yaxın, amma kənarlarından 2-3 sm saxlayın. Xəmirin həmin kənarlarını əllərinizi suda isladaraq ortaya doğru çəkin və bir-birinə yapışdırın. Əlinizlə yastılayıb forma verin. Sonra onu tərs üzünə çevirin ki, nahamar tərəfi alta düşsün. Əlinizlə ehtiyatla azca yastılayın ki, qalınlığı yenə də 2 sm-dən artıq olmasın. Ortasında deşik açıb oraya kartondan, yaxud folqadan düzəltdiyiniz borucuq yerləşdirin. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Azca soyudun. Üzərinə kərə yağı çəkin.
Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT

Pendir piroqu resepti- FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Əlinizlə, əlavə, pendir, qarışdırın, çəkin, tərəfi, nahamar, düşsün, çevirin, ehtiyatla, qalınlığı, yastılayın, doğru, üzünə, yastılayıb, yapışdırın, forma, verin, Sonra, artıq
BİZİ İZLƏYİN