• Fincan kətəsi resepti

Reseptin məlumatları Baxış sayı: 15 816

Tarix : 22-11-2014, 20:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. un
1 st. ilıq su
1 yumurta
duz
500 q çuğundur yarpağı
1 soğan
2 x.q. kərə yağı
istiot
duru yağ

Hazırlanması:
Unu ələyin. Ortasında çala açaraq duz tökün. Az-az ilıq su əlavə edərək yoğurun. Sonra yumurta əlavə edib yoğurmağa davam edin. Xəmiri dörd yerə bölüb üzərinə un səpin. Üzərinə yaş dəsmal sərib 30 dəqiqə gözləyin. Çuğundur yarpağını yuyub doğrayın. Kərə yağını bir tavada əridib xırda doğranmış soğanı qovurun. Çuğundur yarpağını əlavə edin. Suyu quruyana qədər qarışdıraraq bişirin. Duz, istiot vurub ocaqdan götürün. Kündələri yayın. Yuxanın yarı hissəsinə aralı-aralı içlik qoyun. O biri yarısını üzərinə qatlayın. Sonra bir fincan götürərək içlik olan yerlərə toxunmadan xəmiri kəsin (içlik fincanın altında qalmalıdır). Bol yağda qızardın.

Nuş olsun!
Etiketlər: içlik, əlavə, Sonra, Çuğundur, yarpağını, istiot, üzərinə, yumurta, aralı, hissəsinə, yayın, Yuxanın, götürün, qədər, quruyana, qarışdıraraq, bişirin, ocaqdan, vurub, Kündələri
BİZİ İZLƏYİN