• Sürhüllü resepti

Reseptin məlumatları Baxış sayı: 63 131

Tarix : 1-04-2015, 15:30

Bölmə : Xəmir işləri

Mətbəx : Balakən-Zaqatala mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
xəmir:

un
su
duz

sous:
1 kq quzu əti (və ya qaxac edilmiş quzu əti)
3 st. su
duz
istiot və ya sarımsaq
palçıq turşusu

Hazırlanması:
Əvvəlcə un, su və duzdan çox bərk olmayan xəmir yoğurun. Xəmir 5-10 dəqiqə mayalandıqdan sonra, uzununa şəridlər kəsin. Bu şəridləri barmaqlarınızın ucu ilə yumrulayın. Sonra xırda kvadrat formada kəsin. Ayırdığınız xırda hissələri bir-bir şəhadət barmağınızı basmaqla çəkin. Çəkilmiş xəmiri əlinizlə bir qədər dartıb uzadın ki, qalın olmasın. Yapışmaması üçün unlayıb ayrı-ayrı yığın.

Qazanda su qaynadıb, duz əlavə edin. Çəkdiyiniz sürhüllüləri qaynayan suya əlavə edirik. Sürhüllülər bişəndən sonra sudan çıxarıb qablara yığın.

Xəmir mayalanan müddətdə başqa bir qazana quru ət qoyub 3 st. su əlavə edin. Tam bişdikdən sonra ocaqdan götürün. Hazır şorbadan bolluca sürhüllülərin üzərinə gəzdirin, üstündən ət qoyun. Süfrəyə turşu və sarımsaqla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, Xəmir, kəsin, xəmir, xırda, yığın, çıxarıb, sudan, mayalanan, müddətdə, qablara, edirik, qaynadıb, Qazanda, unlayıb, Çəkdiyiniz, sürhüllüləri, Sürhüllülər, başqa
BİZİ İZLƏYİN