• Yalançı toyuq döşü dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14 693

Tarix : 24-12-2015, 16:00

Bölmə : Xəmir işləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 l soyuq süd,
125 q kərə yağı, yaxud da marqarin,
4 qəhvə fincanı silmə un(fincanlar çox böyük olmasın),
1,5 su stəkanı şəkər,
1 paket damla saqqızı,
1 paket vanilin,
1 paket kakaolu biskivit,

Hazırlanması:
Əvvəlcə biskivitləri robortda çəkib un halına salaraq tabağa yayın.
Qazana yağı qoyub əridin və unu əlavə edərək vam odda çox az qovurun.
Soyuq südü əlavə edərək çırpma teli ilə gözəlcə qarışdırın.
Unun topalanmamasına çalışın.
Şəkər və damla saqqızını da əlavə edərək davamlı qarışdıraraq mühəlləbi halına gələnə qədər bişirin.
Göz-göz olunca vanili əlavə edin ocağı söndürün.
Mikserin köməyi ilə mühəlləbi göz-göz olana qədər çırpın.
Mühəlləbi nə qədər axışqan olarsa dolma işləmidə bir o qədər yaxşı olar(10-15 dəq. Mikserlə çırpın).
Çırpdığınız mühəlləbiyi biskivitlərin üzərinə yayın və ilnmasını gözləyin.
Sonra soyuducuya qoyun və üzərini örtün.
5 saat və ya 1 gecə soyuducuda qalsın.
Ertəsi gün istədiyiniz böyüklükdə kəsib rulon bükün.
Servis zamanı istəsəniz üzərinə şokolad sosu da əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, paket, edərək, damla, halına, yayın, üzərinə, çırpın, mühəlləbi, Çırpdığınız, Mikserlə, yaxşı, mühəlləbiyi, biskivitlərin, gözləyin, ilnmasını, soyuq, işləmidə, dolma
BİZİ İZLƏYİN