• Krujevaya bənzər blinçiklər resepti

Reseptin məlumatları Baxış sayı: 14 823

Tarix : 5-03-2016, 22:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 1/4 st. 2,5%-li süd
10 q quru maya
2 yumurta
500 q un
2 x.q. şəkər tozu
1 ç.q. duz
2 x.q. bitki yağı

Hazırlanması:
Quru mayanı 1/4 st. isti süddə əridin, 1 çimdik duz və 1 ç.q. şəkər tozu əlavə edin. İsti yerdə köpüklənincə saxlayın.
Unu ələyin, duz, şəkər tozu, yumurta əlavə edib qarışdırın. Südü qızdırın, xəmiri qarışdıra-qarışdıra əlavə edin, gəlmiş mayanı da qatın. Xəmir eynicinsli, lopasız olmalıdır. Bitki yağını əlavə edib bir daha qarışdırın.
Xəmirin ağzına qapaq qoyub isti yerə qoyun. Onun həcmi 3-4 dəfə artmalıdır. Hər dəfə şişdikcə xəmiri qarışdırmaq lazımdır. Tam gəlməsi üçün 2-2,5 saat lazım gələcək.
Tavaya azca bitki yağı tökün, qızdırın. Xəmirdən az-az tavaya tökün. Əgər xəmir düzgün hazırlanıbsa, o töküləndə köpüklü olmalıdır. Bir üzü bişən kimi o biri üzünü çevirin.
Süfrəyə mürəbbə, xama və giləmeyvələrlə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qızdırın, xəmiri, tökün, yumurta, qarışdırın, olmalıdır, qarışdıra, mayanı, bitki, Xəmirdən, tavaya, bilərsiniz, lazımdır, Tavaya, lazım, gələcək, xəmir, gəlməsi
BİZİ İZLƏYİN