• Çörək börəyi resepti

Reseptin məlumatları Baxış sayı: 8970

Tarix : 8.07.2016, 11:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6




Tərkibi:
1.5 çörək və ya 1 paket tost çörəyi (çörəklər bayat olmalıdır)
3 yumurta
1.5 litr süd
10 dilim yağsız pendir
2 xörək qaşığı ərinmiş marqarin

Hazırlanması:
Normal çörək istifadə edirsinizsə üz hissələrini çıxarın və çox incə olmayacaq şəkildə dilimləyin.
Tost çörəyi istifadə edirsinizsə kənarlarını kəsin.
Çörəklərin yarısını istiliyə davamlı şüşə qaba düzün.
Üzərinə bir az əridilmiş marqarin töküb yağsız pendir dilimlərini qoyun.
Pendirin üzərini yenə çörək dilimləriylə bağlayıb bir az daha yağ gəzdirin.
3 yumurtanı südlə çırpıb çörəklərin üzərinə tökün.
24 saat soyuducunda gözlədin.
Əvvəldən isitdiyiniz sobada üzəri qızarana qədər bişirin.
Sobadan çıxar çıxmaz isti olaraq süfrəyə verin.

Qeyd: İstifadə etiyiniz çörəyin kənarlarını atmayın. Sobada qızartdıqdan sonra çörək qırıntılarını galeta unu olaraq istifadə edə bilərsiniz.

Nuş olsun!

Etiketlər: çörək, istifadə, kənarlarını, edirsinizsə, olaraq, pendir, marqarin, çörəyi, yağsız, üzəri, qızarana, Sobadan, bişirin, qədər, sobada, gözlədin, çörəklərin, çırpıb, südlə, üzərinə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN