• Sobada sosisli sendviç resepti

Reseptin məlumatları Baxış sayı: 13 116

Tarix : 5-07-2016, 15:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
2 qutu qarğıdalı konservi (500 qr)
4-5 dilim sosis
2 diş sarımsaq
3 xörək qaşığı kərə yağı
4 xörək qaşığı un
2 su stəkanı süd
1/2 paket krem

Üzəri üçün:
çörək qırıntıları
duz, istiot, muskat

Hazırlanması:
Qarğıdalıları süzgəcə alıb suyunu süzün.
Sosisləri uzunlamasına nazik zolaqlar halında doğrayın.
Dərin bir qazanda kərəyağını əridib döyülmüş sarmısağı 1-2 dəq qarışdırın.
Unu əlavə edib az qovurun.
Qarışığa südü əlavə edin və qatı olmaması üçün yaxşı çırpın.
Qaynamağa yaxın kremi əlavə edin.
Qarışıq qaynayınca duz, qara bibər əlavə edərək ocaqdan götürün.
Yağlanmış soba qabına hazırladığınız südlü sosdan bir miqdar əlavə edin.
Üzərinə qarğıdalının yarısını yayıb sosis dilimlərini üstünə yerləşdirin.
Sosislərin üzərinə bir miqdar sous töküb qalan qarğıdalıları yayın.
Ərzaqların üzərini sousla örtün.
Ən üstə unu səpib fındıq böyüklüyündə kərəyağı topları yerləşdirin.
Sobada bişirib üzərini qızardın.

Nuş olsun!
Etiketlər: əlavə, miqdar, yerləşdirin, qaşığı, üzərini, xörək, sosis, yayıb, üstünə, dilimlərini, Üzərinə, yarısını, qarğıdalının, sosdan, hazırladığınız, edərək, bibər, qaynayınca, ocaqdan, götürün
BİZİ İZLƏYİN