• Üç rəngli börək resepti

Reseptin məlumatları Baxış sayı: 13 718

Tarix : 6-07-2016, 12:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 1-2


Tərkibi:
3 yumşaq lavaş
3 toyuq sinəsi
1/2 kq. kök
1/2 kq. pazı yarpağı
1 orta soğan
1 yumurta
125 qr. kərə yağı (və ya yumşaq marqarin )
duz, istiot

Hazırlanması:
Toyuq ətlərini qaynadıb didikləyin.
Soğanı incə rəndələyib doğranmış, yuyulmuş pazı yarpaqları ilə az yağda qovurun.
Kökləri qaynadıb püre halına gətirin.
Sobanı orta dərəcədə istilədin və soba qabını yağlayıp hazırlayın.
Yağı əridib lavaşlarla isladaraq içinə kifayət edəcək qədər su əlavə edin.
Birinci lavaşı yayın, su -yağ qarışığı ilə isladın, üzərinə pazı yarpaqlarını yayılmış şəkildə qoyun.
Sonra ikinci lavaşı eyni şəkildə isladın, üzərinə kökləri qoyun.
Üzərinə üçüncü lavaşıda qoyun.
Onun üzərinə də toyuqlu qarışığı yerləşdirin.
Ən üstü olan lavaşla örtüb börəyinizi rulet şəklində sobaya yerləşdirin.
Üzərinə çırpılmış yumurta sarısından gəzdirin, arzuya görə küncüt ya da çörəkotu səpin.
30-35 dəqiqə qızardın.

Nuş olsun!
Etiketlər: üzərinə, qoyun, qaynadıb, Üzərinə, şəkildə, isladın, yumurta, yumşaq, yerləşdirin, qarışığı, lavaşı, kökləri, lavaşıda, üçüncü, ikinci, yayılmış, Birinci, yayın, yarpaqlarını, toyuqlu
BİZİ İZLƏYİN