Tərkibi:500 qr mayasız qat-qat xəmir
narıncı qida boyası və ya qırmızı və sarı boyaların qarışığı (əgər siz boyalar əleyhinəsinizsə, onda yumurta sarısından istifadə edə bilərsiniz, ancaq təəssüf ki, bu, əsl kök effekti verməyəcək).
borucuqlar üçün müxtəlif doldurucular – bu, salatlar, qatı souslar, tərəvəz və ya ətdən hazırlanmış içlik və s. ola bilər.
1 dəstə təzə şüyüd və ya cəfəri.
Hazırlanması:Sobanı 180-190 dərəcəyədək qızdırın.
Qat-qat xəmiri iş stolunda yayın.
Pizza kəsmək üçün istifadə etdiyiniz bıçaq və ya adi mətbəx bıçağı ilə xəmiri uzununa 8 zolağa bölün.
Hər zolağı boru şəklində burun. Yaranmış xətləri baş və şəhadət barmaqlarınızla sıxıb bitişdirin. Bu qayda ilə bütün zolaqları hazır edin.
Xəmiri metal sümsü ətrafına ilanvari elə dolayın ki, hər növbəti qat digərinə möhkəm yapışsın. Çalışın ki, xəmirin birləşmə yerləri aşağı olsun.
Boyanı üstündəki təlimata əsasən, suda həll edin, bundan sonra qənnadı fırçası ilə «kal» kökləri səliqə ilə narıncı rəngə boyayın.
Xəmir dolanmış sümsüləri üzərinə perqament çəkilmiş soba tavasına düzün və içi boş kökləri 20-25 dəqiqə bişirin. Hazır bişmişin içindən sümsünü ehtiyatla çıxarın və köklərə beş dəqiqə soyumağa imkan verin.
Qənnadı torbası və ya çay qaşığı ilə bunların içərisini xoşladığınız içliklə doldurun və son olaraq dekorativ effekt üçün bunların başına bir neçə şüyüd budağı sancın.
Bunları süfrəyə verir və nəticədən riqqətə gəlirik! Nəinki uşaqlar, hətta böyüklər də valeh olurlar. Düzünü desəm, mən özüm də xəmirdən hazırlanmış bu köklərə dadanmışam… Bəh-bəh-bəh!
Nuş olsun!
Etiketlər: bunların, şüyüd, hazırlanmış, köklərə, dəqiqə, olsun, kökləri, istifadə, xəmiri, narıncı, perqament, çəkilmiş, üzərinə, sümsüləri, Xəmir, dolanmış, tavasına, düzün, içindən, sümsünü