• Tez hazırlanan piroq resepti

Reseptin məlumatları Baxış sayı: 35 357

Tarix : 8-07-2014, 20:05

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta
1 stəkan un
1/3 stəkan nişasta
0,5 stəkan xama və yaxud qatıq
0,5 stəkan mayonez
0,5 ç.q. soda
1 ç.q. duz

İç üçün:
4-5 ədəd bişmiş yumurta
Soğan
Duz

Hazırlanması:
Xəmiri hazırlamaq üçün: yumurtaların üzərinə mayonez, xama, duz və soda əlavə edib, yaxşıca qarışdırın.
Sonra üzərinə ələkdən keçirilmiş un, nişasta əlavə edib, yenidən xəmiri qarışdırın.
Xəmir xama kimi olmalıdır.

İçin hazırlanması:
Soğanı xırda-xırda doğrayıb, yağda qızardın.
Bişmiş yumurtaları sürtkəcin xırda gözündən keçirib, üzərinə yağda qızardılmış soğanı əlavə edin.
Duz səpməyi unutmayın.Xəmirin yarı hissəsini xüsusi forma qabına yerləşdirib, üzərinə hazırladığınız içi tökün. Sonra xəmirin qalan hissəsini yenidən üzərinə töküb, 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə ərzində bişirin.

Nuş olsun!
Etiketlər: üzərinə, stəkan, əlavə, xırda, hissəsini, qarışdırın, Sonra, yenidən, yağda, nişasta, mayonez, yumurta, qızardılmış, forma, qabına, yerləşdirib, xüsusi, soğanı, unutmayın, Xəmirin
BİZİ İZLƏYİN