• Pendirli bulka resepti

Reseptin məlumatları Baxış sayı: 54 593

Tarix : 26-05-2014, 12:16

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q bərk pendir
2 st un
250 ml xama və ya qaymaq
1 çimdik duz
1 ç.q. şəkər tozu
50 q kərə yağı
1 x.q. qabartma tozu
cəfəri, reyhan və ya şüyüd (zövqə görə)

Hazırlanması:
Pendiri sürtgəcin iri gözündən keçirin. Yumşaldılmış kərə yağı, duz, şəkər tozu və qaymağı (xamanı) əlavə edin.

Alınan kütləyə xırdalanmış göyərti və qabartma tozu ilə qarışdırılmış un əlavə edib elastik xəmir yoğurun. Lazım gələrsə, bir qədər də un əlavə edin.

Xəmiri 1 sm qalınlıqda yayın. Stəkanla dairələr kəsin.

Bunları perqament döşənmiş siniyə düzün.

180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, qızarınca bişirin.

Nuş olsun!

Etiketlər: əlavə, qabartma, şəkər, Stəkanla, kəsin, dairələr, yayın, Xəmiri, Lazım, gələrsə, qədər, Bunları, qalınlıqda, döşənmiş, dəqiqə, qızarınca, bişirin, olsun, sobada, qızdırılmış
BİZİ İZLƏYİN