• Vatruşka (Kəsmikli bulka) resepti

Reseptin məlumatları Baxış sayı: 14 781

Tarix : 15-01-2017, 17:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel


Tərkibi:
Xəmir:
Süd-250 ml.
Maya-10 qr.
Şəkər tozu-100 qr.
Kərə yağı-100 qr.
Yumurta-2 ədəd.
Un-0,5 kq
Duz

İçlik:
Kəsmik-300 qr
Yumurta-1 ədəd + 1 ədəd üstünə sürtmək üçün
Vanil-1 paket
Şəkər tozu-50 qr.

Hazırlanması:
Südü biraz qızdırın içində mayana qarışdırın. Ərinmış kərə yağını, şəkər tozunu, duzu, yumurtanı qatıb yaxşı qarışdırın. Ələnmiş unu əlavə edib yumuşaq xəmir yoğurulur. İsti yerə 1 saatdıq mayalanmağa qoyun. Mayalanmış xəmiri unlu masada birdə yoğurun. Eyni ölçüdə 16 dənə top edib üsdünü dəsmalla örtün. Xəmir özünə gələnə gədər içliyi düzəldin.
Kəsmik çəngəllə əzilir.İçinə yumurta, şəkər tozu, vanil əlavə edib qarışdırın.
Xəmir toplarını listə düzüb stakanın altıyla üsdünə basın, yanı artasını yastı edin. Bir yumurtanı çalıb üsdünə sürtün. Və içliyi qoyun. Zövgə görə kişmişdə əlavə edə bilərsiniz. 180 dərəcədə 20-25 dəq. sobada bişirin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, qarışdırın, Xəmir, şəkər, üsdünə, qoyun, içliyi, yumurtanı, Şəkər, Yumurta, Kəsmik, bişirin, əzilir, İçinə, yumurta, vanil, çəngəllə, düzəldin, gələnə, özünə
BİZİ İZLƏYİN