• Qızardılmış bal dilimləri resepti

Reseptin məlumatları Baxış sayı: 12 371

Tarix : 2-02-2017, 22:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
½ fincan kərə yağı
1 fincan su
1 yemək qaşığı şəkər
¼ çay qaşığı duz
1 fincan un
4 ədəd yumurta
Qızartmaq üçün yağ
½ fincan bal
1 yemək qaşığı portağal cicəyi suyu ya da gül suyu
¼ çay qaşığı hil

Hazırlanması:
Orta öıçülü tavada yağ, su, şəkər və duzu qarışdırın. Ocağa qoyaraq qaynadın vəyağ əriyənədək yavaş yavaş qarışdırın. Ocaqdan götürüb unu əlave edib qarışdırın və ilıq hala gəldikdən sonra tavanın kənarlarından çəkib xəmir halına gələnəcən 1-2 dəqiqə ərzində qarışdıraraq bişirin.
Isti qarışımı bir kasaya tökün və mikserlə 1 dəqiqə ərzində soyudaraq çalın. Sonra yumurtaları əlave edib yaxşıca qarışdırın. Hazır xəmiri ucu ulduz formalı kəsilmış bir torbanın içinə tökün.
Orta ölçülü bir tavaya 50 qram yğ tökün. Balı portağal çiçəyi suyunu və hili bir qaba tökərəq 30 saniyə ərzində mikrodalğalı sobaya qoyun, sobadan götürdükdən sonra dərin bir qaba tökün.
Ulduz kəsimli torbadan sıxaraq çıxan xəmiri təxminən 2-3 sm lik hissələrlə kəsərək yağda 4-5 dəqiqə qızardın və soyumasını gözləyin.
Soyuduqdan sonra mikrodalğalı sobada hazırlanmış şərbəti üzərinə əlave edin.

Nuş olsun!
Etiketlər: tökün, qarışdırın, fincan, qaşığı, sonra, əlave, ərzində, dəqiqə, mikrodalğalı, yavaş, portağal, xəmiri, şəkər, yemək, qoyun, sobadan, sobaya, tökərəq, ölçülü, içinə
BİZİ İZLƏYİN