• Təndir kətəsi resepti

Reseptin məlumatları Baxış sayı: 20 565

Tarix : 9-04-2015, 20:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7 su stəkanı un
250 q şəkər
400 q kərə yağı
3-4 su stəkanı süd
40 q quru maya
250 q qatıq
2 dənə yumurta
Duz

Hazırlanması:
Yarım stəkan süd ilə quru mayanı əzin.
6 stəkan unu bir qaba tökərək üzərinə maya və duz əlavə edin.
Yarım stəkan süd tökərək xəmir yoğurun.
Mayalanmaya qoyun .
Bu arada kətənin içini hazırlayın.
Kərə yağını bir tavaya qoyub ocaqda əridin.
Əriyən yağa un tökərək qovrun.
Qızarınca 250 q şəkər və bir az su tökərək yumşaq bir hala gətirin.
Hazırladığınız xəmiri soyumaya qoyun.
Diğər tərəfdə mayalanmış xəmirinizi yumruq böyüklüyündə kündələrə ayırın.

Sonra bu kündələri əllə bir az açaraq içinə hazırladığınız içi əlavə edin.
İç qoyulmuş xəmiri kündə halına salın. Yenə əllə yayaraq üzərinə qatıq və yumurta sarısı qarışığı sürtün.
Təndirə yapışdıraraq bişirin.
Qızarınca servis etmək üçün təndirdən çıxardın.

Nuş olsun!
Etiketlər: tökərək, stəkan, üzərinə, xəmiri, Qızarınca, qoyun, əlavə, qatıq, şəkər, Yarım, stəkanı, yumurta, qoyulmuş, kündə, içinə, hazırladığınız, kündələri, kündələrə, böyüklüyündə
BİZİ İZLƏYİN