• Soğanlı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 30 187

Tarix : 26-05-2014, 12:53

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

1,5 st. un
150 q marqarin

İç:
5-6 baş soğan
200 q bərk pendir
50 q kərə yağı
1 x.q. şəkər tozu
1 ç.q. un
3-4 budaq cəfəri
duz
istiot

Hazırlanması:
Marqarini unla döyün. 0,5 st. sü tökün, xəmir yoğurun.

İç: soğanı təmizləyin, yarımhalqa doğrayın. Qazana qoyub üzərinə 0,5 st. qaynar su tökün, su quruyanadək bişirin. Un səpin, yağla qarışdırın. Duz, istiot vurun, şəkər tozu və xırda doğranmış cəfəri əlavə edin.

Xəmiri yağlanmış siniyə döşəyin. Bir neçə yerdən çəngəl batırın. 220 dərəcə qızdırılmış sobada bişirin. Tam bişməmiş içi üzərinə yayın, üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. 15-20 dəqiqə, hazır olanadək bişirin.

Süfrəyə isti verin.

Nuş olsun!
Etiketlər: bişirin, üzərinə, istiot, tökün, cəfəri, səpin, pendir, şəkər, çəngəl, batırın, qızdırılmış, yerdən, dərəcə, siniyə, əlavə, Xəmiri, yağlanmış, sobada, döşəyin, yayın
BİZİ İZLƏYİN