• Mayalı roqaliklər resepti

Reseptin məlumatları Baxış sayı: 14 296

Tarix : 1-11-2016, 17:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
5 yumurta
200 q marqarin
3 st. süd
1 st. şəkər tozu
3 x.q. maya
2 çimdik duz
1,5 kq un
xaş-xaş

iç:
istənilən cem, konfitür, yaxud kəsmiklə quru meyvə və şəkər tozu qarışığı

Hazırlanması:
Südü qızdırın, çox qaynar olmasın, quru mayanı süddə əridin. 15 dəqiqə saxlayın.
Un, duz, marqarin, şəkər tozu ilə çalınmış 4 yumurta əlavə edib yumşaq, elastik xəmir yoğurun. Xəmir ələ yapışan olacaq. 4 yerə bölün.
Masanın üzərinə un səpin. Hər birini 0,5 sm qalınlıqda yayın. İri dairələr kəsin (məsələn, qazan qapağından istifadə edə bilərsiniz). Hər dairəni 8 yerə bölün. Hər seqmentin enli tərəfinə iç qoyub roqalik kimi bükün.
Sinini bitki yağı ilə yağlayıb roqalikləri düzün. Üzərinə xaş-xaş səpin. Sobanı 180 dərəcə qızdırın. Bu müddətdə roqaliklərin üzərinə qida plyonkası çəkin. Roqaliklər şişdikdən sonra üzərinə çalınmuş yumurta çəkin, 25 dəqiqə bişirin.
Qaynar roqaliklərin üzərinə soyuq süd çəkin. Bunu etsəniz, bulkalarınız daha da yumşaq olacaq.

Nuş olsun!
Etiketlər: üzərinə, yumurta, çəkin, şəkər, qızdırın, səpin, dəqiqə, bölün, marqarin, roqaliklərin, yumşaq, olacaq, Sinini, bitki, yağlayıb, bükün, dairəni, bilərsiniz, seqmentin, tərəfinə
BİZİ İZLƏYİN