• Göbələkli kökələr resepti

Reseptin məlumatları Baxış sayı: 19222

Tarix : 6.08.2014, 21:24

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (40 ədəd):
1 kq un (az və ya çox ola bilər)
300 ml süd
70 q yaş maya
150 q şəkər tozu
3 yumurtanın sarısı
1 çimdik duz
70 q kərə yağı
400 q təzə göbələk
70 ml bitki yağı
1 baş soğan
2 yumurta
0,5 dəstə göy soğan
qara istiot

Hazırlanması:
Mayanı ilıq süddə əridin, 50 q şəkər tozu, unun yarısını əlavə edin, qarışdırıb 3 saat isti yerdə saxlayın.
Yumurta sarılarını qalan şəkər tozu ilə çalın. Barataya əlavə edin. Duzu az miqdarda su ilə qarışdırıb barataya əlavə edin. Kərə yağını yumşaldın, bitki yağı ilə birlikdə barataya qatın. Unun qalanını da əlavə edib yumşaq xəmir yoğurun. Daha 1 saat saxlayın. Bu müddətdə xəmiri 1-2 dəfə ətləyin.

Xəmir gələnədək içi hazırlayın. Göbələyi, soğanı xırda doğrayın, yağda qovurun, duz və istiot vurun. Yumurtaları suda bişirin, təmizləyib xırda doğrayın, göbələyə əlavə edin. Göy soğanı xırdalayın, içə əlavə edin, duz vurub qarışdırın. Soyudun.

Gəlmiş xəmiri ətləyin. Kökələr hazırlayıb içinə iç qoyun, "tikişi" altda olmaqla siniyə düzün. 10-15 dəqiqə gəlməsini gözləyin. Bişirməzdən əvvəl üzərinə süd və ya qaymaqla çalınmış yumurta sarısı çəkin. 180 dərəcə qızdırılmış sobada üzəri qızarınca bişirin.

(Bunu fərqli içlərlə də hazırlaya bilərsiniz, məsələn, qiymə ilə, kələmlə, alma ilə, yaxud kəsmiklə).

Nuş olsun!


Etiketlər: əlavə, şəkər, barataya, saxlayın, qarışdırıb, xəmiri, ətləyin, bişirin, xırda, soğanı, istiot, doğrayın, sarısı, yumurta, soğan, bitki, olmaqla, siniyə, düzün, dəqiqə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN