• İspan bulkaları resepti

Reseptin məlumatları Baxış sayı: 5864

Tarix : 21.11.2016, 12:00

Bölmə : Xəmir işləri, Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
300 q un
1 ç.q. quru maya
1/2 ç.q. duz
1/4 st. şəkər tozu
1 yumurta
2 x.q. bitki yağı
120 ml isti su

əlavə:
100 q yumşaldılmış kərə yağı

:
zövqə görə: gilənar konservi; sürtgəcdən keçirilmiş boranı+şəkər tozu+darçın, alma və s.

üzərinə:
şəkər pudrası

Hazırlanması:
Xəmir: mikserin qabında un, maya, duz, şəkər tozunu qarışdırın. Digər ərzağı qatıb əvvəl qaşıqla, sonra isə xəmir üçün olan ucluqla mikserlə 10 dəqiqə çalın. Xəmir yumşaq və yapışmayan olmalıdır.

Xəmiri yağlanmış qaba qoyub üzərinə qida plyonkası çəkin, həcmi iki dəfə artanacan isti yerdə saxlayın.

Formanın içinə perqament döşəyin. Gəlmiş xəmiri 4 yerə bölün. Masanın üzərinə kərə yağı çəkin. Bir hissə xəmiri götürüb yağın üzərinə qoyun, əlinizlə 27x38 sm ölçüdə dartıb açın. Üzərinə bol kərə yağı sürtün. Uzun tərəfinə iç qoyub rulet kimi bükün. Sonra bu ruleti ilbiz kimi spiral bükün. Bulkanı hazırladığınız formaya qoyun, üzərinə yağ çəkin. Xəmirin qalanını da eyni cür hazırlayın.

İçində çiy bulkalar olan formanı isti yerdə 30-40 dəqiqə saxlayın. 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.

Hazır bulkaların üzərinə şəkər pudrası səpin, şəbəkənin üzərində soyudun.

Nuş olsun!

Etiketlər: üzərinə, şəkər, çəkin, dəqiqə, saxlayın, yerdə, Xəmir, qoyub, qoyun, xəmiri, xəmir, bükün, pudrası, Üzərinə, rulet, Sonra, tərəfinə, sürtün, ölçüdə, götürüb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica