• Petit çörəyi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 913

Tarix : 25-10-2017, 18:00

Bölmə : Xəmir işləri / Foto reseptlər / Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Un 370q
Yumurta 1 ədəd
Bal 2 x.q.
Kərə yağı 30q
İlıq su 160ml
Quru maya 1,5 ç.q.
Duz 0,5 ç.q.
Yarma 10q

Hazırlanması:
Bir kasaya ilıq su töküb, quru mayanı bu suda həll edin. İri kasaya unu, doğranılmış kərə yağını, balı və yumurtanı qoyun.(Əgər bal çox qatı olarsa, onu mikrodalğalı sobada qızdırın.)Sonra isə duz və mayalı suyu əlavə edin. Ərzaqları mikserin vasitəsi ilə 2-3 dəqiqə qarışdırın. Alınan xəmiri yaxşıca yoğurub, 1 saat ərzində isti bir yerdə saxlayın. Bu zaman ərzində yamanı qəhvəüyüdəndən keçirdin. Qalxan xəmiri 10 bərabər hissələrə bölün. Bu hissələrdən kiçik çorəklərinizi formalaşdırın. Xəmirdən alınan çörəkləri öncədən yağlanmış listə yerləşdirin. Blenderdən keçirdilmiş yamanı, çörəklərin üzərinə ələkdən keçirdin. 180 dərəcəyə qədər qızdırılmış sobanın orta rəfində 20 dəqiqə ərzində çörəklərinizi bişirin.

Petit çörəyi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: ərzində, xəmiri, dəqiqə, yamanı, kasaya, keçirdin, formalaşdırın, alınan, çörəkləri, Xəmirdən, öncədən, hissələrə, bərabər, bölün, hissələrdən, kiçik, çorəklərinizi, yağlanmış, qızdırılmış, qədər
BİZİ İZLƏYİN