• Pendirli bükmə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 27 554

Tarix : 17-08-2014, 20:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi (10 ədəd):
Xəmir:

200 ml süd
1 ç.q. quru maya
1 ç.q. şəkər tozu (şirin istəyirsinizsə, 2-3 qaşıq)
300 q un
2 x.q. qoxusuz bitki yağı

İç:
10 ədəd hamburger üçün ərinmiş pendir

Hazırlanması:
İsti südə maya və şəkər tozunu əlavə edin. Şişəndən sonra yağ və unu əlavə edin. Bərk olmayan xəmir yoğurun.

Xəmir qalxandan sonra 10 yerə bölün.

Hər kündəni 2-3 mm qalınlıqda dördbucaqlı şəkildə yayın. Rahat olsun deyə bitki yağı çəkilmiş taxtanın üstündə yayın. Orta hissəsində bərabər məsafədə paralel kəsiklər qoyun. Pendiri bir başından qoyub, rulet kimi bükün (bərk sıxmayın).

Kənarlarını bərkidin.

Perqament döşənmiş siniyə "tikişi" üzüaşağı olmaqla qoyun. 20-25 dəqiqə saxlayın. Yumurta sarısını azca südlə qarışdırıb üstünə çəkin.

210 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Pendirli bükmə resepti - FOTO RESEPT

Pendirli bükmə resepti - FOTO RESEPT

Pendirli bükmə resepti - FOTO RESEPT

Pendirli bükmə resepti - FOTO RESEPT

Pendirli bükmə resepti - FOTO RESEPT

Pendirli bükmə resepti - FOTO RESEPT

Pendirli bükmə resepti - FOTO RESEPT

Pendirli bükmə resepti - FOTO RESEPT

Pendirli bükmə resepti - FOTO RESEPT

Etiketlər: bitki, yayın, sonra, olsun, qoyun, dəqiqə, şəkər, əlavə, Xəmir, bərkidin, döşənmiş, Perqament, sıxmayın, başından, Pendiri, qoyub, rulet, siniyə, bükün, Kənarlarını
BİZİ İZLƏYİN