• Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 031

Tarix : 5-01-2017, 16:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
4stakan un
2stakan qazlı su
3yemək qaşığı zeytun yağı
1dolu çay qaşığı duz
1dolu çay qaşığı quru maya
1yemək qaşığı şəkər tozu

Hazırlanması:
Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT


Qazlı su ilıq olmalıdır.Xəmiri yoğurmadan 1saat əvvəl qazlı su şüşəsini ocağın qırağına qoymak lazımdır ki,su isinsin.Yaxud isti suyun altında bir müddət saxlamaq.
Bilməyənlər üçün yazıram : mayalı xəmir soyuq su ilə yoğrulmur ! Su isti,ilıq olmalıdır,əks təqdirdə maya "işləməyəcək" və xəmiri qaldırmayacaq.

Dərin bir qaba unu ələmək,duzunu vurmak və unun ortasında bir çuxur açmaq. Oraya şəkər tozu və mayanı əlavə etmək.

Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT


Az az ilınmış qazlı suyu una tökərək xəmiri yoğurmak. Suyu birbaşa mayanın üstünə tökün.

Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT

Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT


Xəmir bir az toplalandan sonra zeytun yağını əlavə edin və yoğurmağa davam edin.Yumuşaq, bir az da ələ yapışan bir xəmir əldə etməlisiz.Xəmiri əsla sərt etməyin,siz xənqəl xəmiri deyil,çörək xəmiri yoğurursuz)))
Xəmiri yaxşıca yoğurun,dadlı çörəyin sirri xəmirin yumuşaq olması və çox yoğrulmasındadır.

Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT

Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT


Xəmirin üstünü təmiz bezlə örtüb,mayalanması üçün sərin bir yerə qoymak,yəni nə isti,nə soyuq şərait olmamalıdır.
Mayalanmış xəmirin 2 dəfə həcmi artacak. Çörəyi bişirəcəyimiz qabı yaxşı yağlamak.Xəmiri yağlı əlimizlə götürüb soba qabına qoymak və əlimizlə orta qalınlıqda yaymak.Üstünə yumurta sürtmək.
Barmaqlarımızın ucu ilə xəmirin üstünə bir neçə yerdən batırmak (ancak deşik açmamak:))) Ağ küncüt səpmək və 200 dərəcəlik əvvəlcədən isidilmiş sobada üstü qızaranadək bişirmək.

Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT

Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT

Qazlı suyla yoğrulan ev çörəyi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Xəmiri, xəmiri, qaşığı, xəmirin, qoymak, qazlı, soyuq, xəmir, zeytun, əlavə, üstünə, əlimizlə, 1dolu, şəkər, olmalıdır, artacak, olmamalıdır, mayalanması, örtüb, sərin
BİZİ İZLƏYİN