• Azərbaycan nanı şirniyyatı resepti

Reseptin məlumatları Baxış sayı: 24 860

Tarix : 10-08-2014, 00:19

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
150 q kərə yağı
100 q şəkər pudrası
80 q üzüm
50 q sukat (meyvə qurusu)
3 yumurta
50 q fındıq
1 st. şəkər tozu
1 x.q. patoka
0,1 q zəfəran
1 ç.q. soda

Hazlrlanması:
Yumurtaların ağını sarısından ayırın. Yumurta ağlarını soyudun.

Qazanda kərə yağını çalın, şəkər pudrasını əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Ayrı bir qabda soyudulmuş yumurta ağlarını möhkəm çalın.

Fındığı təmizləyib əzin.

Bir qabda şəkər pudrası ilə qarışdırdığınız yağı, çalınmış yumurta ağlarını, yumurta sarılarını, zəfəranı, kişmişi, xırda doğranmış sukatları, əzilmiş fındığı və sodanı yaxşıca qarışdırın. Sonra az-az un əlavə edərək yenə qarışdırın.

Qlazur: bir qabda şəkər tozunun üstünə azca su töküb əridin, ocağın üstünə qoyun, qaynara düşəndə patokanı əlavə edin. Vam odda təxminən 10 dəqiqə qaynadın, sonra ocaqdan götürüb bir qədər soyudun, çəhrayı qida boyası vurub çalın.

Hazır xəmiri 30-35 mm diametrli batonlar halına salıb perqament döşənmiş siniyə qoyun. 180-200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Üzərinə qlazur çəkin.

Nuş olsun!
Etiketlər: şəkər, çalın, yumurta, ağlarını, qabda, əlavə, dəqiqə, qoyun, soyudun, qarışdırın, pudrası, üstünə, sonra, qaynadın, qədər, çəhrayı, götürüb, ocaqdan, patokanı, əridin
BİZİ İZLƏYİN