• Qozlu mürəbbəli bulku resepti

Reseptin məlumatları Baxış sayı: 16 269

Tarix : 22-02-2017, 22:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 su stəkanı un
0,75 su stəkanı şəkər
3 çay q. qabartma tozu
0,5 çay q. duz
0,5 su stəkanı duru yağ
0,25 su stəkanı portağal şirəsi
1 çay q. vanil
3 yumurta
Giləmeyvə mürəbbəsi
100 qram kişmiş və doğranmış qoz
50 qram şəkər və darçın
100 qr kərə yağ

Hazırlanması:
Un, şəkər, duz və qabartma tozunu bir qabda qarışdırın.
Ortasında boşluq yaradın.
Duru yağı, portağal şirəsini, vanil və 3 yumurtanı ora əlavə edib xəmir yoğurun.
Üstünü qida kağızı ilə örtüb soyuducuda 1 saat saxlayın.
Xəmiri 4 hissəyə ayırıb, düzbucaq formasında yayın.
Üzərinə kərə yağı, sonra mürəbbə çəkin, kişmiş və doğranmış qoz səpin.
Rulet formasında büküb halqa formasında kəsin.
Soba qabına yağlı kağız qoyun, bulkaları ora düzün.
Üzərinə darçın və şəkər səpin.
Əvvəlcədən isidilmiş 190 dərəcəli sobada 25 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: şəkər, stəkanı, formasında, doğranmış, darçın, səpin, kişmiş, qabartma, portağal, vanil, Üzərinə, Rulet, büküb, halqa, mürəbbə, kəsin, yayın, sonra, çəkin, bulkaları
BİZİ İZLƏYİN