• Qəndi külçə resepti

Reseptin məlumatları Baxış sayı: 48 398

Tarix : 13-08-2014, 21:00

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

400 q un
250 q kərə yağı
250 q şəkər tozu
2 yumurta
200 q xama
vanil
10 q maya və ya 1 paket qabartma tozu

İç:
250 q qənd tozu (şəkər pudrası)
250 q ərinmiş yağ
350-400 q un
10 q maya

Hazırlanması:
Əvvəlcə iç hazırlayın:
əridilmiş yağın üzərinə qənd tozu töküb qarışdırın. Biq qədər maya və unu əlavə edib qarışdırın.

Xəmir üçün göstərilən ərzaqları qarışdırıb yoğurun. Maya istifadə etmisinizsə, isti yerə qoyub gəlməsini gözləyin. Qabartma tozundan istifadə etmisinizsə, 5-10 dəqiqə xəmiri dinləndirib 70 q-lıq kündələr tutun. Kündələrin içinə iç qoyub bitişdirin, əlinizlə yuvarlaq, azca yastı forma verin. Kündələrin üzərini bıçaqla xaçvari çərtin, yumurta sarısı çəkib 170-180 dərəcə qızdırılmış sobada üstü qızarınca, təxminən 25-30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: etmisinizsə, qoyub, Kündələrin, dəqiqə, istifadə, qarışdırın, şəkər, yumurta, təxminən, bitişdirin, yuvarlaq, əlinizlə, bişirin, içinə, olsun, kündələr, tutun, yastı, forma, çəkib
BİZİ İZLƏYİN