• Töpelek bulqurlu kökə resepti

Reseptin məlumatları Baxış sayı: 14 454

Tarix : 14-08-2014, 17:00

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. un
1 yumurta
azca su
duz

İç:
1 st. bulqur
3 x.q. bitki yağı
2 st. un
1 x.q. tomat pastası
1 ç.q. nanə
0,5 toyuğun döş əti
1 yumurtanın sarısı
duz
qara istiot

1 kasa sarımsaqlı qatıq

Hazırlanması:
Xırda doğranmış toyuq ətini bitki yağında qovurun. Bulqur və tomat pastasını əlavə edin. 2 st. su əlavə edib vam odda 15 dəqiqə bişirin. Duz, istiot və nanə əlavə edin.

Ayrı bir qabda un, yumurta, duz və bir az suyu qarışdırıb yumşaq xəmir yoğurun.

Xəmiri yayıb 10 sm tərəfli kvadratlar kəsin. Bunların ortasına iç qoyub üçbucaq şəklində qatlayın. Üzərinə yumurta sarısı çəkin.

200 dərəcə qızdırılmış sobada bişirin.

Süfrəyə sarımsaqlı qatıqla verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yumurta, əlavə, sarımsaqlı, bişirin, istiot, sarısı, tomat, bitki, ortasına, qoyub, üçbucaq, yayıb, Bunların, tərəfli, kəsin, kvadratlar, şəklində, dərəcə, Süfrəyə, qatıqla
BİZİ İZLƏYİN