• Şəkərbura resepti

Reseptin məlumatları Baxış sayı: 6 842

Tarix : 11-04-2017, 12:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
1kq un
3 yumurta
250 q kərə yağı
1 st süd
2 x.q xaması
1/2 ç.q quru maya

5 q duz

İçlik:
500 q qabığı təmizlənmiş badam və ya fındıq ləpəsi
500 q şəkər tozu
1/4 ç.q hil (10 q)

Hazırlanması:
Südü qaba töküb ilıq qızdırırıq(25-30 C tempraturda) duz əlavə edirik. Yağı əridirik. Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir. Qızdırılmış ilıq südə ələnmiş unu, çalınmış yumurta və ərinmiş yağ və xama vurulub xəmir yoğrulur və üstü örtülərək 1-1.5 saat ərzində isti yerdə (30-35 C tempraturda) saxlanıır.

İçlik üçün əgər badam istifadə edəcəyiksə 5-8 dəqiqəliyə qaynar suda pörtlədilib pərdəsi çıxardılır qurudularaq maşından keçirilir. Əgər fındır istifadə edəcəyiksə fındığı tavada qovurub qabığını təmizlədikdən sonra maşından keçiririk.Çəkilmiş fındığı şəkər tozu və hil ilə qarışdırırıq

Xəmirdən 40 qramlıq (qozdan az böyük) 10 ədəd kündə düzəldirik.

(Xəmirdən az götürün 8-10 kündə düzəldin onu hazırlayıb qurtardıqdan sonra yenidən götürüb kündəliyib düzəldin qurtaranadək təkrarlayın. Bu şəkildə şəkərburaları düzəltməyə davam edin).

Kündənin birini götürüb oxlov ilə təxminən diametri 10sm olmaqla yayırıq. Xəmiri əlimizin içinə alıb 2 ç.q içlik qoyuruq. İçliyi qoyanda çalışın şəkər tozu uc hissələrə yayılmasın. Onda pis bükülür xəmir bir-birinə yaxşı yapışmır. Yanlarını yaxşı uc-uca bərkidirik. Bükürük. (Bəziləri yuxarıdan aşağı doğru bəziləri isə aşağıdan yuxarı doğru bükür) Üzünə maqqaş vasitəsi ilə naxış salırıq. Hazır olan şəkərburaları bişirəcəyimiz qaba aralı yığırıq. Bütün şəkərburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Hazırladığınız şəkərburaları sərin yerdə saxlayın. Soyuq da olmaz isti də. Üstünü örtmək olmaz. Açıq qoyursunuz ki, naxışlar qurusun. Onda naxışlar itmir. Əgər hazırlayan kimi bişirsəniz naxışları itəcək. Bişirərkən şəkərburanın üzü qızarmamalıdır ağ qalmalıdır.
Bişmiş şəkərburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük. Əziz xanımlar şəkərburanı uzun müddət saxlamaq istəyirsinizsə bu qaydada saxlayın. Əgər salafana ya da soyuducuya qoysanız tez xarab olacaq.

Nuş olsun!
Etiketlər: şəkərburaları, sonra, şəkər, qurtardıqdan, naxışlar, maşından, qarışdırırıq, düzəldin, Xəmirdən, götürüb, edəcəyiksə, xəmir, yerdə, istifadə, yığırıq, fındığı, badam, İçlik, yaxşı, yumurtada
BİZİ İZLƏYİN