• Gül şəklində pofidik bulkalar resepti

Reseptin məlumatları Baxış sayı: 5 985

Tarix : 19-04-2017, 21:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• 2 yumurta ağı (sarısı üzerine)
• 4 yemək q. şeker
• 1 su st. duru yağ
• 2 su st. ilıq süd
• 1.5 yemək q.quru maya
• Aldığı qədər un (təxminən 6 stəkan)
• duz

Üzeri üçün:
• Çörək otu

Hazırlanması:
İlk öncə mayanı ilıq südnən qarışdırıb əriməsi üçün gözləyək.Kenarda yumurta ağını şəkərnən əriyənə qədər yaxşı çalaq. Qarışımı mayalı südə əlavə edək + un + duru yağ əlimizlə yoğuraq. Diqqət eliyin çox yumuşaq və ələ yapışmayan xəmir olsun.Ona görə unu yavaş yavaş kontrollu şəkildə əlavə edin. Deməli xəmir hazır olduqdan sonra üzərini bağlayaq isti bir yerdə mayalanmağa qoyaq təxminən 1 saat.
Mayalanan xəmirimizdən mandalin böyüklüyündə toplar ayırıb uzun incə olmamaq şərtilə ip şəkllində uzadaq və özü ətrafında buraq.Əlbəttə siz fərqli formalar verə bilərsiz bulkalara, çox asandı.Əsas başlamaqdır. Həə bir də onu deyim daha çox qabarması üçün istəsəz soba qabına düzdükdən sonra da 20 dəq mayalanması üçün gözləyin sonra sobaya yerləşdirin
Belə, forma verdiyimiz bulkaların üzərinə yumurta sarısı çəkirik çörəkotu,şəkər, toz halında qoz və s səpərək 190 dərəcə sobada üzəri qızarana qədər bişiririk.

Nuş olsun!
Etiketlər: qədər, sonra, yumurta, yavaş, xəmir, təxminən, sarısı, əlavə, yemək, bilərsiz, formalar, fərqli, deyim, başlamaqdır, bulkalara, asandı, ətrafında, olmamaq, ayırıb, toplar
BİZİ İZLƏYİN