• Vanilli bulku resepti

Reseptin məlumatları Baxış sayı: 19 090

Tarix : 27-04-2017, 14:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Gülnar


Tərkibi:
2 ədəd yumurta,
1.5 st süd,
1 st şəkər tozu,
yarım st duru yağ,
4-5 st un (apardığı qədər)
1 x.q. maya,
2 paket vanil,
1 çimdik duz

Hazırlanması:
Əvəlcə 1 x.q. şəkər tozu, 2 x.q. un və mayanı ilıq süddə həll edib, isti bir yerə qoyuruq. Hazırladığımız bu qarışım köpüklənəndən sonra digər ərzaqları da əlavə edib, yumuşaq xəmir yoğururuq. Xəmiri acıması üçün isti yerə qoyub, gözləyirik. Hazır olduqdan sonra xəmirdən eyni ölçülü kündələr tutaraq yanaşı formada soba qabına yığırıq. Üzərinə yumurta sarısı çəkib, 180 dərəcədə bişiririk.

Qeyd. Zövqə görə müxtəlif formalı kündələr tutaraq fərqli görünüşlər əldə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, kündələr, tutaraq, yumurta, şəkər, yanaşı, formada, qabına, ölçülü, Hazır, olduqdan, xəmirdən, yığırıq, Üzərinə, formalı, fərqli, görünüşlər, bilərsiniz, müxtəlif, Zövqə
BİZİ İZLƏYİN