• Kətə resepti

Reseptin məlumatları Baxış sayı: 8 803

Tarix : 1-05-2017, 20:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xəyalə


Tərkibi:
Xəmir üçün:
5 st un,
250 qr yağ,
3 ədəd yumurta,
1 st qatıq,
1 paket vanil,
1 paket qabartma tozu,
1 çimdik duz

İçlik üçün:
150 qr yağ,
3 st un,
2.5 st şəkər tozu

Hazırlanması:
Xəmiri hazırlamaq üçün əvvəlcə un və yağı əlimizlə ovaraq umac edirik. Üzərinə yumurta,qatıq, vanil və qabartma tozu əlavə edib, az miqdarda duz tökərək xəmir yoğururuq. Xəmiri 3 bərabər hissəyə ayırıb kündələr tuturuq.

İçliyi üçün qeyd olunmuş bütün ərzaqlar qarışdırılaraq umac edilir.

Hazırladığımız kündələrdən birini götürüb qalınlığı 0,3 mm olmaqla uzununa yayırıq. Üzərinə içliyi eyni bərabərdə səpirik. Ehtiyala rulet şəklində bükürük və ağzı dilikli bıçaqla kəsirik. Digər kündələri də eyni qayda ilə hazırlayırıq.

Son olaraq üzünə yumurta sarısı çəkib 180 dərəcə qızmış sobada bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, qabartma, Üzərinə, vanil, Xəmiri, qatıq, paket, rulet, Ehtiyala, şəklində, dilikli, bükürük, səpirik, bərabərdə, olmaqla, qalınlığı, uzununa, bıçaqla, yayırıq, içliyi
BİZİ İZLƏYİN