• Kətə resepti

Reseptin məlumatları Baxış sayı: 415 151

Tarix : 2-05-2017, 20:00

Bölmə : Xəmir işləri / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Nanə


Tərkibi:
Xəmir üçün:
250 qr yağ,
4 st un,
1 ədəd yumurta,
1 st qatıq,
1 paket vanil,
1 paket qabartma tozu

İçlik üçün:
1 st un,
50 qr kərə yağı,
vanil

Hazırlanması:
Xəmiri hazırlamaq üçün əvvəlcə un və yağı döyürük. Tam mərkəzində çuxur yaradırıq. Yumurta, qatıq və qabartma tozu əlavə edib, xəmir yoğururuq. Xəmiri 3 bərabər hissəyə ayırıb kündələr tuturuq və 30 dəqiqə gözlədirik.

İçliyi üçün qeyd olunmuş bütün ərzaqlar qarışdırılaraq umac edilir.

Hazırladığımız kündələrdən birini götürüb qalınlığı 0,3 mm olmaqla uzununa yayırıq. Üzərinə yumurtanın ağını çəkirik ki, içlik dağılmasın. Daha sonra içliyi eyni bərabərdə səpirik. Ehtiyala rulet şəklində bükürük və ağzı dilikli bıçaqla kəsirik. Digər kündələri də eyni qayda ilə hazırlayırıq.

Son olaraq üzünə yumurta sarısı çəkib 180 dərəcə qızmış sobada bişiririk.

Nuş olsun!
Etiketlər: qabartma, Xəmiri, paket, vanil, yumurta, qatıq, bərabərdə, içliyi, səpirik, şəklində, sonra, rulet, Ehtiyala, ağını, Üzərinə, yayırıq, yumurtanın, bükürük, içlik, çəkirik
BİZİ İZLƏYİN